Apteklərə narkotik satan şəxslərə hökm oxundu - Biri həbs edildi
19:35 06 Mart 2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop maddələr keçirməkdə təqsirləndirilən Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Femida.az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Ş.Qurbanov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ş. Qurbanov məhkəmə zalında həbs edilib. C.Hüseynov isə 1000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, onlar Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirməkdə ittiham ediliblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.
Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb. Onlar həmin malları apteklərə satırmış.
Femida.az
Oxunub: 919
Oxşar xəbərlər
- Abşeronda aptek sahiblərindən pul tələb edən iki nəfər saxlanılıb
- Sabirabadda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb
- Bir il əvvəl aptekə hücum edən şəxs saxlanılıb
- Tovuzda aptekdən oğurluq etmək istəyən şəxs saxlanılıb
- Ağsuda aptekdə nöqsanlar aşkarlanıb
- TƏBİB-dən apteklərdə satılan COVİD-19 müalicə paketi ilə bağlı AÇIQLAMA
- COVID-19 xəstəsi olan aptek rəhbərinə cinayət işi açıldı
- Həftəsonları yalnız aptek və ərzaq mağazaları işləyəcək
- Dövlət Xidməti: Dərmanların fərqli qiymətə satılması qadağandır
- Xüsusi karantin rejimində market və apteklər işləyəcək