Rusiyada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 7-yə çatdı


21:38     06 Mart 2018 2018/03/631235_1520343636.jpg

Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində xəsarət alan azərbaycanlılardan biri xəstəxanada ölüb.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov məlumat verib. O bildirib ki, fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1936-cı il təvəllüdlü İzzət Quliyeva xəstəxanada vəfat edib.

Diaspor rəhbəri yanğın nəticəsində yaralanan daha 3 nəfərin xəstəxanada olduğunu, onlardan birinin vəziyyətinin ağır olduğunu söyləyib.

Qeyd edək ki, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi-58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüb. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1936-cı il təvəllüdlü İzzət Quliyeva, 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva və 1969-cu il təvəllüdlü Sevinc Quliyeva ağır yanıq xəsarətləri alıb. Sevinc Quliyeva, Sədaqət Quliyevə və İzzət Quliyeva daha sonra xəstəxanada keçiniblər.

Femida.az

Açar sözlər: #Yanğın   #Rusiya   #Orenburq  

Oxunub: 1201