Maşinist teplovozdan yanacaq oğurlamaq istədi


19:11     08 Mart 2018 18_03_08_1520507220.jpg

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.


Bu barədə Femida.az -a DİN Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərən 2 nəfər Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların maşinist və köməkçisi olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Oğru  

Oxunub: 896