Putin qadınlar üçün şeir oxudu
01:45 09 Mart 2018
"Bilirəm bütün qadınlar gözəldir" şeirini səsləndirən Putin, qadınların dünyaya gözəllik və həyat enerjisi bəxş elədiyini deyib
Rusiya prezidenti Vladimir Putin ötən il olduğu kimi bu il də qadınların 8 mart gününü şeirlə təbrik edib. Rus şair Andrey Dementyevin "Bilirəm bütün qadınlar gözəldir" şeirini səsləndirən Putin, qadınların dünyaya gözəllik və həyat enerjisi bəxş elədiyini deyib.
"Dünya qadınlar gününüzü bütün səmimiyyətimlə təbrik edirəm. Baharın ilk anlarını yaşadığımız bu bayramda gülüşlər, çiçəklər və dərin duyğular, gördüyümüz nə varsa, hamısı sizin üçündür əziz xanımlar. Sizə olan bütün hörmətimizi, gözəlliyinizə və incəliyinizə olan heyranlığımızı bir daha dilə götürmək üçün yaxşı ki 8 mart var, buna görə çox xoşbəxtik".
Prezident çıxışını tamamladıqdan sonra şeiri səsləndirib. Sputnik Azərbaycan RT-yə istinadən həmin videonu təqdim edir:
Femida.az
Oxunub: 957
Oxşar xəbərlər
- Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU: 2023-cü ildə görün nə olacaq
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- Putin Ukrayna taxılının ixracının şərtini açıqlayıb
- Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb
- Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
- Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq
- Putin Ermənistanda vəziyyətin qeyri-sabit olduğunu vurğulayıb
- Zelenski Putinə qarşı sanksiyalar tətbiq edib
- Ərdoğanla Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər
- Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib