Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq


18:26     30 İyun 2022 22_06_30_1656599201.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

Femida.az xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, - o bildirib.

Açar sözlər:

Oxunub: 2651