Sabunçuda YANĞIN - 25 nəfər təxliyə edilib


13:56     11 Mart 2018 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m² olan mağazanın ümumi sahəsi 10 m² olan köməkçi otağının yanar konstruksiyaları yanıb.



FHN-dən Femida.az-a verilən məlumata əsasən, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayı. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Sabunçu   #FHN  

Oxunub: 1201