Kəmaləddin Heydərova sualınız var?


14:54     12 Mart 2018 kemaleddi%20haydarov.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 15-də, saat 11.00-dan Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən Femida.az-a bildirilib ki, qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında 14 mart 2018-ci il tarixdə saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Femida.az

Açar sözlər: #FHN   #Nazir   #Salyan   #Neftçala   #Biləsuvar  

Oxunub: 2412