"Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir" - Politoloq


15:24     12 Mart 2018 elxan%20sahinoglu.jpg


"Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur. Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb. Bundan sonra həngamə qopub. Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı informasiyaların çıxarılmasını tələb ediblər". - Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Femida.az xəbər verir ki, politoloq bildirib ki, Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur:

"Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Məncə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik".

Açar sözlər: #politoloq   #siyasət   #erməni   #lobbi   #Paris   #girov  

Oxunub: 1461