Rusiya ilə Britaniya arasında diplomatik qalmaqal - Rəsmilər söz savaşına çıxdı


02:58     13 Mart 2018 zaxarova.jpg

Rusiya Xarici İşlər Nazirliyində Britaniya baş naziri Tereza Meyin bəyanatını sirk şousu adlandırıblar.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin Londonda sabiq rus kəşfiyyatçısının zəhərlənməsində Rusiyanın əli olması ilə bağlı bəyanatına münasibət bildirib.

"Bu,Britaniya parlamentində sirk şousudur. Nəticə aydındır: təxribata əsaslanan növbəti informasiya-siyasi kampaniya. Yeni nağıllar uydurmaqdansa, qoy, Krallıqda kimsə bundan qabaqki işlərin (FTX-nın keçmiş zabiti Aleksandr Litvinenko, oliqarx Boris Berezovski) aqibətinin necə olduğu barədə danışsın”-, deyə M.Zaxarova qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Tereza Mey Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsində əli olmaqda ittiham edib.

Femida.az

Açar sözlər: #Rusiya   #Zaxarova   #İngiltərə  

Oxunub: 1215