Bayram günlərində işıq problemi olmayacaq
20:27 13 Mart 2018
“Azərişıq” ASC Novruz Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.
“Azərişıq” ASC-dən Femida.az-a verilən məlumata görə, bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülərək, 2018-ci il mart ayının 20-dən 27-dək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.
Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.
Femida.az
Oxunub: 1090
Oxşar xəbərlər
- “Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb
- “Azərişıq” ASC-nin sabiq əməkdaşlarına cinayət işi açılıb
- "Azərişıq" ASC-nin bəzi xidmətləri ödənişsiz olacaq
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
- “Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edilib
- “Azərişıq” ASC-nin əməkdaşlarını güllələyən şəxsə ağır cəza verilib
- Prokurorluq “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb