Bakıda Psixonevroloji müəssisədən xəstə qaçdı

Bakıda Psixonevroloji müəssisədən xəstə qaçdı

20:42     13 Mart 2018 2018/03/yasli-qoca_1520945103.jpg

Bakıda müəssisədə müalicə olunan xəstə itkin düşüb.


Femida.az report-a istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müalicə alan 66 yaşlı xəstə Yuriy Yaiçnikov xəstəxanadan qaçıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Xəstənin axtarışları davam etdirilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi kəskin və ya xroniki psixi xəstəliklər səbəbindən əlilliyi olan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisədə əlilliyi olan şəxslər münasib yaşayış şəraiti ilə təmin edilir, onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun sosial xidmət və qayğı göstərilir, onların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq peşə abilitasiyası və reabilitasiyası, rasional, o cümlədən diyetik yeməklərlə təmin edilmələri və s. istiqamətlərdə işlər aparılır.

Femida.az

Açar sözlər: #Buzovna   #qəsəbə   #müalicə  

Oxunub: 892