Rusiya XİN Tereza Meyın çıxışını təxribat adlandırıb


01:23     15 Mart 2018 rusiya%20xin.jpg

Rusiya XİN Böyük Britaniyanın baş naziri Tereza Meyin parlamentdə bugünkü çıxışını təxribat adlandırıb.


Femida.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

“Böyük Britaniyanın baş naziri Tereza Meyin Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanın əli olduğuna dair bəyanatını ölkələrimiz arasında normal dövlətlərarası dialoqun təməlini pozan kobud təxribat kimi dəyərləndiririk. Böyük Britaniya hökumətinin siyasi məqsədlər naminə iki ölkə arasında münasibətlərin gərginləşməsini, o cümlədən 23 Rusiya diplomatının ölkədən çıxarmaq barədə qərarını nalayiq və qəbuledilməz hesab edirik. Təbii ki, cavab tədbirləri özünü gözlətməyəcək”, məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər: #Rusiya   #XİN  

Oxunub: 561