Kəmaləddin Heydərov tapşırıq verdi - Vətəndaşların müraciətindən sonra (FOTOLAR)


16:12     15 Mart 2018 2018/03/kemaleddin-heyderov-salyanda-vetendashlari-qebul-edib-2_3042203192.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Salyan şəhərində vətəndaşları qəbul edib.


Muğan Regional Mərkəzinin binasında keçirilən qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb.



Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qəbulda FHN-in səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.



Femida.az

Açar sözlər: #Tapşırıq   #Nazir   #Vətəndaş   #Müraciət  

Oxunub: 3032