Bakıda iki mənzildə yanğın olub


13:45     16 Mart 2018 yangin_38673636.jpg

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin hamamının tavanı 2 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın plastik qapısı əriyib.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #FHN   #Yanğın   #Sabunçu  

Oxunub: 653