Azərbaycanla Aİ arasında növbəti danışıqlar başladı
17:16 16 Mart 2018
Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi bu gün keçirilir.
Femida.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, danışıqlar videokonfrans vasitəsilə sektorial sahəsi üzrə aparılır.
Səfir vurğulayıb ku, digər sahələr üzrə danışıqların vaxtı dəqiqləşdirilir: "Danışıqların növbəti raundu Bakıda keçiriləcək və Brüsseldən bura nümayəndə heyəti gələcək. Müzakirələrin ən yaxın vaxtda baş tutacağına ümid edirik".
K.Yankauskas vurğulayıb ki, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin bu yaxınlarda Brüsseldə söylədiyi kimi saziş üzrə danışıqlar bu il başa çata bilər: "Saziş üzrə danışıqları bu il yekunlaşdırmaq üçün biz intensiv işləməyə hazırıq. Mən bu il müzakirələrin bitəcəyinə ümid edirəm".
Femida.az
Oxunub: 588
Oxşar xəbərlər
- Rusiya: Azərbaycanla birgə brakonyerlik əleyhinə tədbirlərin səmərəsi artıb
- Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşib
- Rusiya XİN: "Azərbaycanla ticarətin təxminən 30 %-i rublla aparılır"
- İtaliya Azərbaycanla qaz tədarükünün artırılmasını müzakirə edib
- Avstriya Azərbaycanla uzunmüddətli qaz sazişi bağlamağı təklif edir
- Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- Bayden: “Yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Azərbaycanla BMT arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib
- Böyük Britaniya Azərbaycanla işgüzar əməkdaşlığı gücləndirəcək