MTRŞ-dan efirə hamam xalatında çıxan aparıcı ilə bağlı AÇIQLAMA
16:06 17 Mart 2018
Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb. O, aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin bugünkü buraxılışında maraqlı addım atıb. Proqram başlayanda xanımı Günay Baxşəliyevanın mətbəxtdə olduğunu görünüb. Daha sonra Zaur hamamdan çıxdığını, qazın bitdiyini söyləyib.
Femida.az xəbər verir ki, Unikal.org bununla bağlı MTRŞ-na müraciət edib. Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev saytımıza açıqlamasında bildirib ki, bizim şurada bütün radio və televiziya verilişlərinin monitorinqi aparılır:
“Bütün verilişlər 1 gün sonra yoxlanılır. Əgər qanun pozuntusu aşkarlanarsa onda MTRŞ mövqe bildirəcək. Ümumiyyətlə isə milli mənəvi dəyərlərə xələl gətirən görüntülər aşkarlan verilişlər ilə bağlı MTRŞ tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq ölçü götürülür”.
Sədr müavini əlavə edib ki, sözügedən verilişlə bağlı həftənin ilk iş günü yəni bazarertəsi MTRŞ münasibət bildirəcək.
Femida.az
Oxunub: 14403
Oxşar xəbərlər
- MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib
- Medianın İnkişafı Agentliyi və MTRŞ səslənən iddialara aydınlıq gətirib
- Zaurun verilişi dayandırıldı - ATV cərimələndi
- MTRŞ "Lider" TV ilə bağlı bəyanat yayıb
- ARB və "Xəzər" TV-ni cəzalandırıldı
- MTRŞ və Mətbuat Şurasına yeni səlahiyyət verilib
- MTRŞ “Xəzər” və ARB-in yayımını bir saatlıq dayandırdı
- Hansı kanallar 1 aylıq bağlana bilər? - MTRŞ-dan bəyanat
- MTRŞ-nin Aparat rəhbəri işdən çıxdı
- MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərinə münasibət bildirib