Müdafiə naziri hərbçiləri təbrik etdi
16:44 17 Mart 2018
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, təbrikdə deyilir:
“Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük izdihamla, ruh yüksəkliyi ilə qeyd edilir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Vətənimizin ərazi bütövlüyünün qarantı olan ordumuzun güclənməsi və respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində qazanılan böyük nailiyyətlər hərbi qulluqçularımızın qələbə əzmini daha da gücləndirir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etməklə, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası naminə döyüşlərə hər an hazır olacaqsınız.
Ölkəmizin müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizi hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturuq. Eyni zamanda şəhid ailələrini və torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi də xalqımızın bu əziz bayramı münasibətilə təbrik edirəm”.
Femida.az
Oxunub: 1261
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb