Hamilə miqranta yardım etdiyi üçün həbs edilə bilər


01:20     20 Mart 2018 18_03_19_1521478219.jpg

10 martda nigeriyalı bir ailə (8 aylıq hamilə qadın, əri və iki azyaşlı uşaq) İtaliyadan Fransaya keçməyə çalışarkən bələdçi ilə qarşılaşıblar.



Femida.az xəbər verir ki, bələdçi qarlı yolda donmaq üzrə olan ailəni avtomobillə xəstəxanaya yerləşdirmək istəyib.

Lakin, yolda gedərkən polislər avtomobili saxlayıb. Daha sonra bələdçi nigeriyalı ailə ilə birlikdə polis idarəsinə aparılıb.

Fransa Prokurorluğu bələdçi haqqında miqrasiya qaydalarını pozması iddiası ilə cinayət işi açıb. Donmaq üzrə olan ailəyə yardım etdiyi üçün bələdçini 5 il həbs cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 537