Qayınatasını bıçaqlayan şəxs saxlanıldı - Lənkəranda
23:37 21 Mart 2018
Ötən gecə Lənkəranda qayınatasını bıçaqlayan şəxs saxlanılıb.
Femida.az “Report”a istinadən xəbər verir ki, Lənkəran şəhərində törədilən bıçaqlanma hadisəsinin qohumlar arasında baş verdiyi məlum olub.
Belə ki, Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu övladları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin olaraq hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qaynatanı bıçaqlaması ilə nəticələnib.
Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq “RayPo” adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti isə ağır olaraq qalır.
Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- Abşeronda qətl törədən kriminal avtoritetə 18 il həbs cəzası verilib
- Ötən il Azərbaycanda 268 kriminal qrup zərərsizləşdirilib
- Bakıda qətl törədən kriminal avtoritetin məhkəməsində şahid dindirilib
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin atası dindirilib
- Bakıda gecə klubunda qətl törədən kriminal avtoritetin məhkəməsi başlayıb
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib
- Ötən günün kriminal xronikası
- Ötən 24 saatın kriminal xronikası