Tufandağda 30 yaşlı oğlan kanatdan yıxıldı
22:57 21 Mart 2018
Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.
Femida.az report-a istinadən bildirir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.
Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 415