Avropa İttifaqı Rusiyadakı səfirini geri çağırır


13:48     23 Mart 2018 avropa.jpg


Avropa İttifaqı (Aİ) liderlərinin danışıqlarından sonra İttifaqın Moskvadakı səfiri Markus Edereranı geri çağırmaq qərarı verilib.

Bu barədə İsveçin baş naziri Stefan Leven Brüselldə keçirilən Aİ liderlərinin görüşündən sonra deyib.

Buna səbəb Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Solsberi şəhərində zəhərlənməsi göstərilir.

“Biz Aİ səfirini Rusiyadan geri çağırmaq qərarına gəldik. Bu addım Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb”, - deyə o bildirib./report

Femida.az

Açar sözlər: #Avropa_İttifaqı   #Rusiya   #səfir  

Oxunub: 423