"Qarabağdakı separatçılar xaricdən dəstək almasaydılar..."


14:42     23 Mart 2018 18_03_23_1521784952.jpg


Azərbaycan və Ukrayna mütləq ərazi bütövlüklərini bərpa edəcəklər.

Femida.az xəbər verir ki, bunu "Haqqin.az" saytına açıqlamasında Ukraynanın Donetsk Vilayəti Administrasiyasının rəhbəri Pavel Jebrivski söyləyib. Onun sözlərinə görə, əgər Donetsk və Qarabağdakı separatçılar xaricdən dəstək almasaydılar, bir gün də ayaqda qala bilməzdilər:

"Azərbaycan varlı neft ölkəsidir. Hansı millətdən olmasından asılı olmayaraq, o öz vətəndaşları üçün çox şey edib. Separatçılar özlərinin yoluxucu təbliğatları ilə insanların fikrinə Donbasda olduğu kimi təsir edirlər. Sizi əmin edirəm ki, bu təbliğat işə yaramayacaq. Ona görə ki, reallıq hər zaman özünü diktə edir".

Femida.az

Açar sözlər: #Donetsk   #Ukrayna   #Qarabağ   #separatçı   #erməni  

Oxunub: 613