Yeznəsinin başında şifer qırdı - Qobustanda qohumlar arasında qan töküldü
18:14 23 Mart 2018
Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib.
Hadisə rayonun Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman preparatını içib və zəhərlənib. Halı pisləşən qadın təcili yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
H. Əmirovanın qardaşı bacısının döyülməsinə və özünü zəhərləməsinə görə yeznəsi Ziya Əmirovla mübahisə edib və şiferlə onun başına ağır xəsarət yetirib. Z. Əmirov başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 1046
Oxşar xəbərlər
- Qobustanda top mərmisi aşkar edilib
- Qobustanda insan sümükləri aşkarlanıb
- Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb
- Qobustanda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Qobustanda “patı” satan qadın saxlanılıb
- Qobustanda yol qəzası baş verib
- Qobustanda zəlzələ olub
- Qobustanda dostunu öldürən şəxsə hökm oxunub
- Karantini pozan Qobustan sakinləri məsuliyyətə cəlb olundu
- Qobustanda "NİVA" dərəyə aşıb, 3 nəfər yaralanıb