Biləsuvarda dava düşdü, QAN TÖKÜLDÜ


13:41     24 Mart 2018 kutlevi%20dava.jpg

Biləsuvarda bıçaqlanma olub.

Femida.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Şəxsi mübahisə nəticəsində düşən dava zamanı rayon sakini, 1987-ci il təvəllüdlü, Fail Höccət oğlu Əliyev bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

F.Əliyevin vəziyyəti kafİ qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Dava   #Biləsuvar  

Oxunub: 907