Ermənistan ordusunda rüşvət qalmaqalı - Müstəntiq həbs edildi


22:15     24 Mart 2018 18_03_24_1521901003.jpg


Ermənistanda çağırışçıların hərbi xidmətdən azad edilməsinə görə rüşvət alan müstəntiq və ona dəstək verən şəxsi həbs ediblər.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xüsusi istintaq komitəsi məlumat yayıb.

Məlumata görə, külli miqdarda rüşvət alan Ermənistan istintaq komitəsinin əhəmiyyətli işlər üzrə baş müstəntiqinə və ona dəstək verən şəxsə qarşı ittihamlar irəli sürülüb.

Baş müstəntiq tərəfindən xüsusilə külli miqdarda rüşvət alınması və bunun müqabilində çağırışçıları hərbi xidmətdən qanunsuz olaraq azad edilməsi cinayət faktları üzrə araşdırılan cinayət işi çərçivəsində müstəntiq və ona dəstək verən şəxs, xüsusi istintaq komitəsinin müstəntiqinin qərarı ilə təqsirləndirilən tərəf olaraq istintaqa cəlb ediliblər.

İlkin araşdırma zamanı əldə edilən kifayət qədər dəlil və sübutlara əsasən məlum olub ki, Ş.N şərti adlı erməni vətəndaşı övladını müddətli hərbi xidmətdən qanunsuz yolla azad etmək üçün, şərti adı A.A vasitəsilə xüsusi ilə külli miqdarda rüşvəti Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsinin baş müstəntiqinə verib. Bu rüşvət müqabilində müstəntiq öz rəsmi səlahiyyət mövqeyindən sui-istifadə edərək, çağırışçının naməlum yollardan istifadə etməsinə şərait yaradıb. Nəticədə Ş.N şərti adlı vətəndaşın oğlu, çağırışçı hərbi xidmətə yararsız hesab edilməklə, ehtiyatda olaraq qeydə alınıb.

İstintaq yolu ilə müəyyən edilib ki, digər erməni vətəndaşlar da övladlarını hərbi xidmətdən azad etmək və ya möhlət hüququ əldə edilməsi üçün A.A şərti adlı vətəndaş vasitəsilə istintaq komitəsinin baş müstəntiqinə rüşvət verib. Baş müstəntiqə və ona dəstək verən şəxsə qarşı ittiham irəli sürülüb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı həbs qəti imkan tədbiri seçilməsi barədə vəsatət qaldırılıb. Məhkəmə tərəfindən həbs barədə vəsadət təmin edilib.

Cinayət işində digər faktların müəyyən edilməsi üçün araşdırmalar davam edir.

Femida.az

Açar sözlər: #erməni   #əsgər   #ordu  

Oxunub: 744