Bu ərazidəki sənədsiz evlər söküləcək


16:20     25 Mart 2018 18_03_25_1521962501.jpg


Xəzər dənizinin sahilboyu zolağında özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə sənədlər aidiyyatı məhkəmələrə təqdim edilib.

Femida.az Trend-ə istinadən bildirir ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində mövcud olan 140 obyektdə monitorinq aparılıb. Nəticədə Torpaq Məçəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı olan 46 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə edilib.

Monitorinq nəticəsində aşkarlanmış 34 zəbtolunma faktı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

Eyni zamanda, 11 hal üzrə sənədlər özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə aidiyyatı məhkəmələrə təqdim edilib.

Femida.az

Açar sözlər: #ev   #sənəd   #torpaq   #tikinti   #Xəzər  

Oxunub: 7848