Ermənilər Talışa qayıtmağa cürət etmir - Düşmən etiraf etdi


19:29     26 Mart 2018 ermeni_6.jpg

Aprel döyüşlərindən sonra işğal altında olan Qarabağın Talış yaşayış məntəqəsindən qaçan ermənilər hələ də geri qayıtmağa cürət etmir.


Femida.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Tərtərin işğal altında olan Talış kəndinin “rəhbəri” Vilen Petrosyan bildirib.

Məlumata görə, ümumiyyətlə aprel döyüşləri zamanı Qarabağdan Ermənistana qaçan 200-dək Talış kənd sakini geri qaytarılıb. Ermənistan hökümətinin geri qaytardığı Talış kənd sakinləri Ağdərənin Alaşan adlanan qəsəbəsində məskunlaşdırılıb.

Vilen Petrosyan bildirib ki, aprel döyüşlərindən sonra Talış yaşayış məntəqəsində yaşayan ailə yoxdur. Burada yalnız kişilərdən ibarət fəhlələr və Ermənistan ordusunda xidmət edənlər yaşayır.

Kənd “rəhbəri” Talışa qayıtmaq istəməyən ailələrin olduğunu qeyd edib. O, Talış sakinləri arasında qorxu olduğunu etiraf edib, onların hər zaman təhlükədə olduqlarını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 2304