24 ölkədən 134 rusiyalı diplomat qovuldu - Tam siyahı


16:17     27 Mart 2018 18_03_27_1522138708.jpg


Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.

24 ölkə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində Rusiyanın iştirakı haqqında Londonun ittihamlarını dəstəkləyib.

Ağ Ev Rusiyanın 60 diplomatının deportasiyası haqqında qərar qəbul edib, həmçinin Siyetldəki Rusiya baş konsulluğu bağlanıb. İslandiya Rusiya diplomatlarını deportasiya etməsə də, Moskva ilə yüksək səviyyədə diplomatik münasibətlərin dayandırılacağını elan edib.

Rusiya diplomatlarını deportasiya edən ölkələr aşağıdakılardır:

1. Böyük Britaniya - 23 diplomat
2. ABŞ – 60 diplomat
3. Ukrayna - 13 diplomat
4. Fransa - 4 diplomat
5. Polşa - 4 diplomat
6. Almaniya - 4 diplomat
7. Kanada - 4 diplomat
8. Litva - 3 diplomat və iki hərbi attaşe
9. Çexiya - 3 diplomat
10. Danimarka - 2 diplomat
11. İtaliya - 2 diplomat
12. Niderland - 2 diplomat
13. Albaniya - 2 diplomat
14. İspaniya - 1 diplomat
15. Estoniya - hərbi attaşe
16. Latviya - 1 diplomat və 1 “Aeroflot” əməkdaşı
17. Finlandiya - 1 diplomat
18. Rumıniya - 1 diplomat
19. Xorvatiya - 1 diplomat
20. İsveç - 1 diplomat
21. Macarıstan - 1 diplomat
22. Norveç - 1 diplomat
23. Makedoniya - 1 diplomat
24. İslandiya - Rusiya ilə ikitərəfli dialoqu müvəqqəti dayandırıb.

Beləliklə, 24 ölkədən ümumilikdə 134 rusiyalı diplomat deportasiya olunub.

Açar sözlər: #Rusiya   #diplomat   #dünya   #siyasət  

Oxunub: 1340