Narkotikdən ölən onkoloji xəstəni şkafda gizlətdilər - Şirvanda tükürpədici hadisə


13:31     28 Mart 2018 18_03_28_1522215192.jpg

Şirvan şəhərinin Heydər Əliyev küçəsindəki mənzillərdən birində meyit tapılıb.



Femida.az -ın APA-ya istinadən xəbərinə görə, axşam saatlarında Şirvan şəhəri 20 yanvar küçəsi, 5p mənzil 43 ünvanından binanın 2-ci mərtəbəsinə qana oxşar mayenin axması barədə polisə müraciət edilib. Həmin ünvana gələn polis əməkdaşları qapının girişində şkafın içərisində kişi meyiti aşkar edib.

Məlum olub ki, şkafa yerləşdirilən meyit Ağsu sakini, 1962-ci il təvəllüdlü Məmmədov Cəmaləddin Abdulhəmid oğluna məxsusdur. Meyit Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində müayinə olunub.

C.Məmmədovun meyitinin şkafa yerləşdirilməsi onun qətlə yetirildiyi şübhələrini artırsa da, meyitin xarici müayinəsi zamanı onun üzərində heç bir xəsarət aşkar edilməyib. O da məlum olub ki, meyiti tapılan şəxsin ünsiyyətdə olduğu “Hepatit C” xəstəsi olan Mübariz adlı şəxs təxminən 10 gün əvvəl narkotik vasitə ilə saxlanılıb. Vaxtaşırı birgə yaşadıqları evdə narkotik vasitədən istifadə zamanı onkoloji xəstə olan Cəmaləddin Məmmədov artıq narkotik dozadan öldüyü ehtimal olunur. Ona görə də polis araşdırmasından yayınmağa çalışan Mübariz meyiti şkafa yerləşdirib, evdən çıxaraq meyiti harasa aparmağı planlaşdırıb. Bu zaman polis tərəfindən yaxalanıb. Bu səbəbdən də təxminən 10 gündən çox qapının girişində qalan meyit çürüməyə məruz qalıb.

Hazırda Şirvan Şəhər Prokurorluğunda əməliyyat-istintaq qrupu yaradılıb, hadisənin baş vermə təfərrüatlar araşdırılır.

Qeyd edək ki, 56 yaşlı Cəmaləddin Məmmədov martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanasından çıxaraq bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə mətbuatda məlumatlar da verilib.

Femida.az

Açar sözlər: #Qətl   #Dəhşət  

Oxunub: 2757