Slavyan Universitetdən geri addım - Tələbələr təhsilini davam etdirəcək


16:05     28 Mart 2018 18_03_28_1522224888.jpg

Bakı Slavyan Universitetinin bir neçə əcnəbi tələbəsinin universitetdən xaric olunması mübahisəsi barədə məlumat vermişdik.


Universitetdən xaric olunma təhlükəsi ilə üzləşən Magistratura şöbəsinin II kurs magistrantı İsmayılova Aysel Xanbaba qızı Femida.az-a müraciət etmişdi. (Əvvəlki yazı burada)

Aysel İsmayılovanın hüquqlarını müdafiə edən hüquqşünas Ellada Bayramovanın Femida.az -a verdiyi məlumata görə, tələbələrin universitetdən xaric olunma məsələsi artıq müsbət həllini tapıb. Onun sözlərinə görə,bununla bağlı artıq Təhsil Nazirliyinin rəsmi məktubu universitetə göndərilib.Tələbələr bundan sonra da təhsilini universitetdə davam etdirəcək.

Xatırladaq ki,bir neçə tələbə miqrasiya məsələsinə görə universitetdən xaric olunmaq təhlükəsi ilə qarşılaşmışdı.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Slavyan_Universiteti   #Rektor   #BSU   #Tələbə  

Oxunub: 1330