Zəhərlənən Skripal və qızı ömürlük şikəst oldu
13:22 29 Mart 2018
Britaniyanın Solsberi şəhərində müəmmalı şəraitdə sinir iflic edən qazla zəhərlənmiş keçmiş rus casus Skripal və onun qızı, sağ qalsa belə ömürlük əlil olacaq.
Bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrə açıqlama verən ekspert, “Noviçok”un digər sinir-paralitik təsirli maddələrdən azı 10 dəfə güclü olduğunu söyləyib və zərərçəkənlərin sağ qalacağına az ümidin olduğunu bildirib.
Son məlumatlara görə, zərərçəkənlər hazırda koma vəziyyətindədir. Ata ilə qızın huşsuz vəziyyətdə aşkarlandığı ərazidə zərərli qazdan daha 21 nəfərin o cümlədən bir polis əməkdaşının zəhərləndiyi bildirilir.
Britaniya baş naziri Tereza Meyin sözlərinə görə, onlar Solsberi yaxınlığındakı hərbi elmi laboratoriyada anti-dotun olması hesabına sağ qalıblar./oxu.az
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib