Soyqırım qurbanları anıldı - FOTOLAR


14:48     31 Mart 2018 2018/03/8a1a9611_1522479127.jpg

Dövlət Miqrasiya Xidmətində (DMX) 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunan tədbir keçirilib.


Xidmətdən Femida.az-a verilən məlumata görə, tədbirdə DMX rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətləri barədə məlumat verib.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi-alim Firdovsiyə Əhmədova mərasimdə məruzə ilə çıxış edib. O, qeyd edib ki, zaman-zaman “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnakları və terrorçu təşkilatları bu məqsədlərini reallaşdırmaq üçün müsəlman-türk əhalisinə qarşı qanlı qırğınlar, qətliamlar törədiblər. Bu qırğınların ən dəhşətlisi 1918-ci ilin mart soyqırımıdır. Həmin vaxt erməni daşnakları və silahlı quldur dəstələri tərəfindən Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.







Femida.az

Açar sözlər: #Soyqrım   #Daşnaksütun   #DMX  

Oxunub: 663