Rusiya 50 ingilis diplomatı ölkədən çıxarır - Zaxarova açıqladı


21:13     31 Mart 2018 zaxarova.jpg

Rəsmi Moskva Böyük Britaniyanın rus diplomatları ölkədən çıxarmaq qərarına cavab olaraq İngiltərə səfirliyinin 50 əməkdaşını Rusiyadan göndərəcək.


Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Xatırladaq ki, martın 4-də Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənib.

London baş vermiş hadisədə Rusiyanı ittiham edərək 23 rus diplomatı ölkədən çıxarıb və digər Avropa ölkələrindən də eyni hərəkəti gözlədiyini bəyan edib.

ABŞ martın 26-da ölkədəki 60 rusiyalı diplomatı çıxarıb. Avstraliya, Kanada, Ukrayna və daha 10 Avropa ölkəsi rus diplomatları ölkədən çıxaracağını elan edib.

Kreml isə bütün ittihamları rədd edib./qafqazinfo
Femida.az

Açar sözlər: #Rusiya   #XİN   #dünya   #siyasət   #Zaxarova  

Oxunub: 566