Bu nazirliyə 25 milyon 250 min müraciət daxil olub
19:10 02 Aprel 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlər 2018-ci ilin mart ayında da əhalinin maraq dairəsində olaraq, geniş istifadəçi kontingenti ilə seçiliblər.
ƏƏSMN-dən Femida.az-a verilən məlumata görə, son bir ayda həmin e-xidmətlərə 649,5 min dəfə müraciət qeydə alınıb.
Ümumilikdə isə indiyədək Nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 25 milyon 250 minə çatıb ki, bu da ötən dövrdə “Elektron Hökumət” portalından ümumi istifadənin 38,5 faizini təşkil edir.
Dövlət idarəçiliyinin müasir iş prinsipləri üzərində təşkili və bu əsasda əhaliyə xidmətlərin də şəffaf şəkildə təşkili barədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illərdə aparılan islahatlar əmək və sosial müdafiə, sosial sığorta, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin də qısa müddətdə avtomatlaşdırılmış infratsrukturunun qurulmasına imkan verib. Qeyd olunan sahələrin fəaliyyətinin elektron sistemlər üzərində formalaşdırılması müvafiq dövlət xidmətlərinin əhaliyə elektron müstəvidə və vahid pəncərə əsaslı təşkilini, nəticədə məmur-vətəndaş kontaktlarının da minimallaşdırılması şəraitində həmin xidmət sektorlarında şəffaflığın, sosial təminat sistemində ünvanlılıq prinsipinin təmin edilməsini reallaşdırıb. Digər tərəfdən, əhalinin bu xidmətlərdən rahat və asan istifadə imkanlarına yiyələnmələrinə, həmçinin sosial cəhətdən həssas əhali qruplarının aidiyyəti xidmətlərə əlçatanlığına nail olunub.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər e-xidməti fəaliyyət göstərir. Cari ilin mart ayında da onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (225 931 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (61 811 müraciət), “İş yerinə dair arayış” (49 596 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (27 185 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (25 964 müraciət) və digər e-xidmətlər vətəndaşların ən çox faydalandığı e-xidmətlərdən olublar. Eləcə də “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru” və s. kimi e-xidmətlərə müraciətlərin sayı daim artmaqdadır.
Femida.az
Oxunub: 764
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik: "Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib"
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib