Səyyar “ASAN xidmət” Bilgəhdə


17:03     21 Sentyabr 2015 img_7722_slide2.jpg

Bu gündən oktyabrın 2-dək Bakı şəhərinin sakinləri Sabunçu rayonunun Bilgəh qəsəbəsində Səyyar "ASAN xidmət"dən yararlana biləcəklər.


Bu barədə Femida.az - a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, bu ilin sonuna kimi səyyar "ASAN xidmət" bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.

Açar sözlər:

Oxunub: 923