Dövlət qurumunun adı və strukturu dəyişdi
00:12 05 Aprel 2018
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, sərəncamın 5-ci hissəsində “Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti” sözləri ilə əvəz edilir. Qurumun aparatının işçilərinin say həddi 7-dən 15-ə artırılır. Həmçinin "rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin” sözləri “regional bölmələrin” sözləri ilə əvəz edilir.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Femida.az
Oxunub: 1206
Oxşar xəbərlər
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Azərbaycanda bir neçə dövlət qurumu xidmət və ticarət obyektlərində yoxlamalar aparacaq
- Prezident Bakıda qanunsuz tikililərlə bağlı dövlət qurumları və sahibkarlara xəbərdarlıq edib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək
- Vətən müharibəsində iştirak edən daha iki qurumun hərbçilərinə veteran adı verilib
- Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınması qaydası dəyişir
- Azərbaycanda şəhərdaxili hərəkət planı 8 dövlət qurumu ilə razılaşdırılacaq
- Azərbaycanda satınalmalar portalına dair səlahiyyətli qurumlar müəyyənləşib
- Çap və onlayn media qurumunun fəaliyyətinə hansı hallarda xitam veriləcəyi məlum olub