ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək


21:01     13 Fevral 2022 22_02_13_1644771680.jpg

ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə öz mandatını dayandırmadan yerinə yetirməyə davam edəcək.

Femida.az xəbər verir ki, bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.

"Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram. Onlar öz mandatlarını fasiləsiz yerinə yetirməyə davam edəcəklər", - Şmid tviter səhifəsində vurğulayıb.

Bundan əvvəl bəzi KİV-lər xəbər veriblər bir sıra ölkələr ATƏT müşahidəçilərini yenidən yerləşdirmək qərarına gəliblər.

Açar sözlər:

Oxunub: 588