Prezidentlər Suriya ilə bağlı qərar verdilər


01:48     05 Aprel 2018 2018/04/89F50E48-2585-4C7F-A7F8-0F3DEBA12007_1522864340.jpeg

Ankarada dünyanın diqqətlə izlədiyi zirvə toplantısı başa çatıb. Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü 1 saat 40 dəqiqə davam edib. Suriyadakı vəziyyət və bu ölkənin taleyi ilə bağlı danışıqlarda Astana ve Soçi görüşləri, qəbul olunan qərarların icrası müzakirə edilib.

Prezidentlərin görüşündən sonra ilk məlumatı “Reuters” agentliyi yayıb. Bildirilib ki, İran prezidenti Həsən Ruhani danışıqlar zamanı Afrin məsələsinə toxunub. Bildirib ki, Afrindəki əməliyyatlar Suriyanın ərazi bütövlüyünə zidd olmadığı halda faydalı olacaq. Bundan əlavə bölgədə idarəetmənin Suriya ordusuna verilməsinin vacibliyi vurğulanıb. Mətbuata qapalı keçirilən görüşdən sonra üç ölkənin prezidenti jurnalistlərin qarşısına çıxaraq,mətbuat konfransı keçiriblər.

Ərdoğan çıxışında deyib ki, Suriyada sülh olmadan Türkiyə hüzur tapa bilməz: “Suriyanın ərazi bütövlüyü, qanlı toqquşmaların qarşısının alınması, ölkənin gələcəyinin yenidən qurulması üçün birlik formalaşdırırıq. Bu barədə düşüncülərimiz eynidir. Önümüzdə çətin, amma uğurlu yol var”.

Ruhani Ərdoğanın çıxışından sonra söz alaraq deyib ki, Suriyanın gələcəyi yalnız Suriya xalqını maraqlandırır. İran prezidenti son illər regionun ciddi problemlərlə üzləşdiyini söyləyib.

“Bu problem terrorizmdir. Terrorçular bəzi ölkələr tərəfindən hazırlanıb və silahla təmin edilib”.

Ruhani daha sonra qeyd edib: “Bu gün şadam ki, üç ölkənin lideri Ankarada bir araya gəldi. Görüşdə Suriya ilə bağlı çox önəmli məqamları müzakirə etdik. Məni ən çox sevindirən məsum Suriya xalqına yardım üçün razılaşmadıq. Hər üç ölkə yardımları daha da genişləndirmək istəyir. Əlbəttə, heç bir ölkə Suriyanın gələcyi üçün qərar verə bilməz. Bu haq yalnız Suriya xalqına məxsusdur”.

Mətbuat konfransında sonra Putin çıxış edib. Rusiya lideri zirvə görüşün uğurlu keçirdiyi diqqətə çatdırıb.

“Rusiya, Türkiyə və İranın birgə səyi nəticəsində terrorçulara ciddi zərbələr endirdik. Bəziləri Suriyada etnik və dini münaqişələri qızışdırmağa çalışır. Hər üç ölkə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Suriyaya insani yardım yetərli deyil. Türkiyə, Rusiya və İrandan başqa heç kim bununla bağlı addım atmır.

Ümumilikdə isə hər üç prezident Suriyanın terrorçulardan təmizlənməsi, ölkədə sülhün bərpa edilməsi və insanlara yardımın edilməsi üçün dəstək olacaqlarını bəyan ediblər.

Femida.az

Açar sözlər: Suriya   İran   Türkiyə   Rusiya  

Oxunub: 671