Əziz Orucov azadlığa buraxılıb
17:11 05 Aprel 2018
Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun kassasiya şikayətinə baxılıb.
Femida.az-ın məlumatına görə, vəkil Cavad Cavadov bildirib ki, Əziz Orucovun ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2-ci maddəsi ilə onun əməlində cinayət tərkibi olmadığına görə qərar ləğv olunub, həmin hissədə iş üzrə icraata xitam verilib.
Cinayət Məcəlləsinin 308.2-ci maddəsi 308.1-ci maddəsinə tövsif olunmaqla barəsində 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70- ci maddəsi tətbiq olunaraq 3 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Femida.az
Oxunub: 950
Oxşar xəbərlər
- Cinayət törədərək gizlənən 28 nəfər ötən bir ildə ölkəyə ekstradisiya edilib
- Sumqayıtda zavoda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb
- "Patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb