Bu nazirlik Neftçala avtomobil zavodundan 140 minlik maşın aldı


00:08     06 Aprel 2018 18_04_05_1522943431.jpg


Neftçalada yerləşən "Xəzər" zavodunun istehsal etdiyi avtomobillərin ilk sifarişçisi İqtisadiyyat Nazirliyidir.

Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. İdarə Heyətinin sədri bildirib ki, nazirlik 14 min manat qiymətində olan 10 ədəd maşın (ümumilikdə 140 min manat) alıb.

Qeyd edək ki, “Xəzər” zavodunda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Maşınların mühərriki 1,7 at gücündədir, qiymətləri isə 14-16 min arasında dəyişir.

Femida.az

Açar sözlər: #Xəzər   #maşın   #Neftçala   #avtomobil   #zavod   #iqtisadiyyat   #nazirlik  

Oxunub: 4447