Məmmədyarov venesuelalı həmkarını qəbul edib
18:00 06 Aprel 2018
Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratı qəbul edib.
XİN-dən Femida.az-a bildirilib ki, X. Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Nazirlər ikitərəfli münasibətlərin hazırkı durumu və əməkdaşlıq perspektivlərini müzakirə edib, diplomatik təmsilçiliyin əməkdaşlığın genişləndirilməsində önəmli olduğunu bildiriblər. X. Monserrat Venesuelanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və Azərbaycanda Venesuela Səfirliyinin açılmasının bunun göstəricisi olduğunu əlavə edib.
E. Məmmədyarov həmkarına Nazirlər Konfransına uğurlu sədrliyə görə təşəkkür edib, Venesuela və Azərbaycanın QH və BMT daxil olmaqla, çoxtərəfli platformada əməkdaşlığının əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğulayıb. Həmçinin münasibətlərin irəlilədilməsi baxımından siyasi məsləhətləşmələr mexanizminin təsisinin önəmini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 688
Oxşar xəbərlər
- Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə qarşılaşacaq
- Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə görüşüb
- Şəhriyar Məmmədyarov bu gün Levon Aronyanla qarşılaşacaq
- Şəhriyar Məmmədyarovun qazancı bəlli oldu
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Şəhriyar Məmmədyarov koronavirusa yoluxub
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarov işdən çıxarılıb
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsinəzəng edib