Ermənistandan növbəti fırıldaq - Bu dəfə pomidor üzərindən


00:04     10 Aprel 2018 pomidor2.jpg


Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət orqanı Rosselxonadzor Ermənistanı türk pomidorlarını öz pomidorları kimi satmasından şübhələnib və erməni şirkətlərinin yoxlanılmasına başlayıb.

Rosselxoznadzordan verilən məlumata görə, Türkiyə mənşəli pomidorların Ermənistanda yetişdirilməsi adı altında tədarükü üçün uyğun vəziyyət formalaşıb. Məsələ hətta 6 apreldə Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ərzaq məhsulları üzrə Dövlət Xidmətinin sədr müavini Yegişe Marqaryanla görüşdə müzakirə olunub.

Rusiya bazarına pomidor ixrac edən iki şirkət son 6 gündə 2000 ton pomidor tədarük edib. Pomidor tədarükünün birdən-birə artması erməni tərəfinin dolayası yollarla ixracla məşğul olması şübhə yaradıb.

Vəziyyətin aydınlaşdırılması üçün Rusiya erməni tərəfindən respublika ərazisində yetişdirilən pomidorlar və təsərrüfatlar haqda məlumat istəyib. Yegişe Marqaryan 10 aprelədək laızm olan məlumatları təqdim etməyə söz verib./avropa.info

Femida.az

Açar sözlər: #Ermənistan   #Türkiyə   #Rusiya   #pomidor  

Oxunub: 1045