Putin İlham Əliyevi təbrik etdi


16:04     12 Aprel 2018 18_04_12_1523520290.jpg


Daha 2 ölkə prezidenti İlham Əliyevi seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edib.

Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib. Məlumatı Kremlin mətbuat xidməti yayıb.

"Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və xarici siyasət problemlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir", - təbrik məktubunda deyilir.

Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib və bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Azərbaycan Prezidenti İlham Əliyevi yenidən dövlət başçsı seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Qeyd edək ki, MSK-nın ilkin məlumatına görə, İlham Əliyev seçicilərin 86%-nin səsini toplamaqla siyahıya liderlik edir.

Femida.az

Açar sözlər: #Rusiya   #seçki   #siyasət  

Oxunub: 1011