Xamenei 3 liderə qarşı: "Onlar cinayətkardır"


16:28     14 Aprel 2018 18_04_14_1523694730.jpg

İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.



Femida.az -ın “Tasnim” agentliyinə istinadən yaydığı xəbərə görə, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. “Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.

Femida.az

Açar sözlər: #İran   #Əli_Xamenei   #Tehran   #Suriya  

Oxunub: 1061