Sabahın havası: yağışlı və küləkli


16:59     14 Aprel 2018 page_soguk-ve-yagisli-hava-tekrar-etkili-olacak_516952002.jpg


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturunun gecə 5-7° isti, gündüz 9-13° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər: #hava   #soyuq   #ekologiya  

Oxunub: 1161