Putin tələb etdi, BMT təcili toplanır


22:06     14 Aprel 2018 bmt-sovbez6.jpg

Rusiyanın çağırışı ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçiriləcək iclasda Suriyadakı son vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya ABŞ-ın və müttəfiqlərinin Suriyaya raket zərbəsi endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Rusiya ABŞ və müttəfiqlərinin təcavüzkar fəaliyyətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır”.

Femida.az

Açar sözlər: Rusiya   Putin   Şura  

Oxunub: 615