Məşhur vəkil özünü öldürdü


21:59     15 Aprel 2018 18_04_15_1523800926.jpg

ABŞ-ın məşhur vəkillərindən olan Deyvid Bakkel iqlim dəyişikliyinə etiraz olaraq özünü yandırıb.

Homoseksualların hüquqları və ətraf mühiti qorumaq uğrunda mübarizəsi ilə bilinən 60 yaşlı Bakkel Nyu Yorkda Bruklin prospektində fossil yanacaqdan istifadə edərək özünü yandırıb və vəkilin həyatını xilas etmək mümkün olmayıb.

Onun intihar mesajında qeyd olunur:

"Planetimizdəki insanların əksəriyyəti fossil yanacağının yaratdığı qeyri-sağlam hava ilə nəfəs alır və əksəriyyət buna görə erkən yaşlarında ölür. Mənim ölümüm fossil yanacağının bizə nə etdiyini əks etdirir".

Qeyd edək ki, Deyvid Bakkel transseksual Brandon Tiinanın qətli ilə bağlı məhkəmə prosesində iştirakı ilə məşhur idi./qaynarinfo

Femida.az

Açar sözlər: #vəkil   #hüquqşünas   #ABŞ   #kriminal   #dünya  

Oxunub: 1243