Vyetnam lideri İlham Əliyevi təbrik edib
20:59 16 Aprel 2018
Vyetnam Sosialist Respublikasının prezidenti Çan Day Kuanq İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident. Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Vyetnam dövləti, xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Vyetnam Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın son vaxtlar əldə etdiyi nailiyyətləri daim müşahidə edir və buna sevinir. Əminəm ki, Sizin təcrübəniz sayəsində Azərbaycan uğurlu inkişafını davam etdirəcək, beynəlxalq arenada öz mövqeyini yüksəldəcək. Şadam ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri son vaxtlar dinamik inkişaf edir. Bizim münasibətlərimizin inkişafında Sizin mühüm rolunuzu qeyd etməmək olmaz. Cənab Prezident, xalqlarımızın mənafeyi naminə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın istiqamətlərini və onun daha da inkişaf etdirilməsi tədbirlərini müzakirə etmək və razılaşdırmaq üçün Sizin Vyetnama rəsmi səfərinizi səbirsizliklə gözləyirəm. Fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı arzulamaq istərdim. Sizə öz nəcib vəzifənizdə yeni böyük uğurlar diləyirəm. Qoy, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə ölkənin inkişafı işində sanballı nəticələr əldə etsin”.
Femida.az
Oxunub: 810
Oxşar xəbərlər
- Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib
- Vyetnam Azərbaycana 10 min tibbi maska göndərib
- Məntəqələrdə yüksək aktivlik var” - Vyetnamlı müşahidəçi
- Vyetnam müşahidə missiyası: "Seçkilər dinc və demokratik şəraitdə keçir”
- Baş prokurorun müavini Vyetnamda beynəlxalq konfransda iştirak etdi
- İlham Əliyev Vyetnamın vitse-prezidentini qəbul edib
- İlham Əliyev Vyetnamın Prezidentini təbrik edib
- Millət vəkili Vyetnamlı qadınlarla görüşdü
- Vyetnamda Heydər Əliyev anıldı
- İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi