"Bon Appetit"də yoxlama aparıldı - “Qara mühasibatlıq” sənədləri götürüldü
21:41 16 Aprel 2018
Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Femida.az-a verilən məlumata görə, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.
Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus “qara mühasibatlıq” sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.
Femida.az
Oxunub: 1224
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
- Azərbaycanda bir neçə dövlət qurumu xidmət və ticarət obyektlərində yoxlamalar aparacaq
- Baş Qərargah rəisi Hərbi Dəniz Qüvvələrində qəfil yoxlama keçirib, göstərişlər verib
- Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb
- Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
- Ermənistan Baş Prokurorluğu İqtisadiyyat Nazirliyində yoxlamalara başlayıb
- Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb
- Azərbaycan polisi İranın yük maşınlarını yoxlamağa başladı