Səngəçalda qəza - Ölən var

Səngəçalda qəza - Ölən var

14:10     17 Aprel 2018 qeza%20kamaz2.jpg

Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Femida.az-a verilən məlumata görə, aprelin 16-da saat 11 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus “KamAZ” markalı avtomobilə vurub.Nəticədə M.Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Kamaz   #Vaz-2107   #Qəza  

Oxunub: 598